Mob.: +994774460030 Tel.:(+994 12)447-21-86 (87)

TƏŞKİLATÇI

İdarə edənlər üçün!
3-cü “CEO Award Azerbaijan” milli müsabiqəsi

Böyük məmnuniyyətlə diqqətinizə çatdırırıq ki, “Award Organizers Group”un təşkilatçılığı, “Caspian Energy Club”, “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi” (AZPROMO), “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi” (KOBİA), “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu”, “Dövlət Əmək Müfəttişliyi Xidməti” və “Dövlət Məşğulluq Agentliyi”nin rəsmi dəstəyi ilə  3-cü “CEO Award Azerbaijan" milli müsabiqəsinin təşkilinə start verilir.

 

3-cü “CEO Award Azerbaijan” milli müsabiqəsinin qalibləri oktyabr ayında müstəqil beynəlxalq platformada keçiriləcək online səsvermə nəticəsində müəyyənləşdiriləcəkdir. Səsvermənin nəticələri oktyabr ayında 3-cü “CEO Award Azerbaijan” milli müsabiqəsinin mükafatlandırma mərasimi çərçivəsində açıqlanacaq.

 

Müsabiqədə Azərbaycanda fəaliyyət göstərən yerli və xarici şirkətlərin rəhbərləri iştirak edə bilərlər.


Qeyd edək ki , "Caspian Energy Club"un üzvləri üçün iştirak ödənişsizdir. 

"Caspian Energy Club"a üzvü olmayanlar üçün iştirak haqqı 600 AZN + 18% ƏDV təşkil edəcək.

 

RƏSMİ DƏSTƏK
TƏŞKİLATÇI
SPONSOR
İŞTİRAKÇILAR